Beyləqanda təhlükəli şəxs tutuldu - SİLSİLƏ QƏTLLƏR TÖRƏDİB
14:40 – 16 Aprel, 2018

Aprelin əvvəlində Beyləqanda törədilən qətl hadisəsinin üstü açılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, aprelin 3-də DİN-in “102 Zəng Mərkəzinə” Beyləqan şəhərində yaşayan Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı mənzildə tapılması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar Beyləqan Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb, digər təxirəsalınmaz prosessual hərəkətlər aparılıb. İsti izlərlə keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

 

Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb. Belə ki, istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Nəsirovun ötən il oktyabr ayının 19-da həmyerlisi Kənan Məhərrəmovu Beyləqan şəhərində yaşadığı evə apararaq bıçaqla qətlə yetirdiyi, sonra isə təmiri başa çatmamış otaqda torpağa basdırması müəyyən edilib. K.Məhərrəmovun meyiti basdırıldığı yerdən ekskumasiya edilib.

 

Faktlarla bağlı cinayət işi başlanılıb, iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT