Yevlax sakinindən 3 kq-dan çox narkotik götürüldü
14:42 – 16 Aprel, 2018

Yevlax sakinindən külli miqdarda narkotik götürülüb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Natiq Bəşirov şübhəli şəxs qismində saxlanılaraq RPŞ-yə gətirilib.

 

Onun üzərinə baxış keçirilən zaman cibindən 11,55 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Araşdırmaların davamı olaraq onun evinə baxış keçirilən zaman çəkisi 3 kiloqram 118 qram marixuana aşkar edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT