Polis zabiti ağır qəza törətdi - ÖZÜ ÖLDÜ
14:46 – 16 Aprel, 2018

Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Neftçala şəhər sakini, 24 yaşlı Rza Hicran oğlu Niftəliyev idarə etdiyi “Lada Priora” markalı avtomobillə Neftçala istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

 

Qeyd edək ki, polis baş leytenantı Rza Niftəliyev Neftçala Rayon Polis Şöbəsinin əməkdaşı olub və rayonun Surra kəndi ərazisində sahə rəisi işləyib.

 

Faktla bağlı Neftçala prokurorluğunda araşdırma aparılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT