Hələ də torpaq altında qalan tariximiz!
14:57 – 16 Aprel, 2018

Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biri hesab olunur. Şübhəsiz ki, tarixin gələcək nəsillərə çatdırılmasında arxeologiya elminin böyük əhəmiyyəti var. Bəs bu gün bu sahə hansı vəziyyətdədir? Ölkəmizdə aparılan arxeoloji qazıntılar dünya standartlarına cavab verirmi?  APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında torpaq altında qalan tariximizdən danışılıb.

 

Tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyevin sözlərinə görə Mil-Qarabağ bölgəsində alman arxeoloqları birlikdə 10 ilə yaxındır ki, arxeoloji qazıntı işləri aparılır: "Helvin adlı almaniyalı professorla hər beşinci gün yığışırıq, hərə öz nəticəsini deyir".  

 

Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Səbuhi Hüseynov deyib ki, ermənilərin işğal olunmuş ərazilərdə apardıqları qazıntıların əsas məqsədi tarix deyil, təbliğatdır: "Azıx bunların əlində birinci silah oldu. Erməni orada öz əcdadını axtarmır. Əsas məqsəd odur ki, qondarma rejimi dünyada tanıtdırsınlar". S. Hüseynov ermənilərin hazırda "Tiqraniket" adlı şəhərin "aşkar edilməsi" məqsədilə Ağdam yaxınlığında arxeoloji qazıntılar aparırlar.

 

Tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev hesab edir ki, bizdə hələ də arxeologiya üzrə sistem yoxdur: "Bizim ali təhsil ocaqlarında arxeologiya fakültəsi yoxdur. Bakı Dövlət Universitetində Tarix fakültəsi var. O Sovet yanaşması idi ki, arxeologiya tarix fakültəsinin tərkibində olmalıdır. Bizimkilər elə bilir ki, getdin, qazdın, iş bitdi".

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT