ABŞ: "Rusiya Suriyaya buraxılan raketlərdən birini də vura bilməyib"
15:02 – 16 Aprel, 2018

"Suriya və Rusiyanın hava hücumundan müdafiə qüvvələri ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada kimyəvi vasitələr istehsal edən obyektlərə buraxılan 100-dən çox raketin heç birini vurmayıb".

 

APA TV-nin məlumatına görə, bu barədə ABŞ-ın Avropa Komandanlığının (EUCOM) mətbuata açıqlamasında deyilir: "Bu missiyada iştirak etmiş heç bir raket Suriya HHM qüvvələri tərəfindən uğurla vurulmayıb və Rusiya HHM sistemlərinin işə salındığına dair heç bir əlamət yoxdur".

 

Açıqlamada qeyd olunur ki, ümumilikdə hədəflərə 105 raket atılıb.

Xatırladaq ki, Rusiya tərəfi də Suriya ərazisinə 100-dən çox raket buraxıldığını bəyan etmiş, lakin onlardan əksəriyyətinin havada zərərzsizləşdirdiyini bildirmişdi.

X

XƏBƏRLƏR
BÖYÜT