30 yaşlı ananın köməyə ehtiyacı var - SOS
17:23 – 16 Aprel, 2018

Düz bir öncə o da hamımız kimi gündəlik qayğıları ilə yaşayırdı. Səhər işə, axşam evinə tələsirdi. İki azyaşlı övladının, canından çox sevdiyi ailəsinin qulluğunda durmaq üçün əlindən gələni edirdi.

 

İndi tam əksidir. Ömrünün otuzuncu qışında qəflətən xəstələnən Sitarə xanım deyir ki, 2016-cı ilin dekabr ayından bu günədək dərdinin əlacı üçün üz tutmadığı tibb ocağı qalmayıb: "Proqressivləşən sistemli skleroz xəstəliyindən əziyyət çəkirəm. Aldığım bütün müalicələrə baxmayaraq, artıq köməksiz gəzə bilmirəm. Əl-ayağım tamamilə tutulur. Bu da hərəkətimi çətinləşdirir. Xəstəliyin yaranma səbəblərini həkimlər də bilmir. Nadir xəstəlik olduğunu və min adamdan birində rast gəlindiyini deyirlər. İnanın, müalicəmi də müddətsiz olaraq edirlər. Çünki heç bir effekt vermir. Əlaməti belə izah edə bilərəm - əl və ayaq barmaqlarımda yaralar yarandı və bu yaralar açılmağa başladı. Həkimlər dedi ki, sklerodermiyadır. İndi artıq bədənim daşlaşır".

 

Sitarə xanım ali təhsillidir. Bir il öncəyə qədər Xəzər rayonundakı 26 saylı orta məktəbdə laborant kimi çalışıb: "İndi qan dövranım dayanır. Dərim getdikcə sümüyümə yapışır. Yəni bədənim elastikliyini hissə-hissə itirir. İndi əllərim əyilir. Orqanizmimi hiss etmirəm. Noyabr ayından bu yana demək olar ki, çox ağırlaşmışam. İndi mənə qaynanam və gəlin baxır".

 

Sitarə xanımın qızı birinci sinfə gedir, oğlunun isə beş yaşı var. Həyat yoldaşı fəhlədir: "Nəsildə, ümumiyyətlə, irsi xəstəlik olmayıb. Həkimlər nadir və bahalı xəstəlik olduğunu deyir. Bu günə kimi nəyimiz varsa, satıb müalicəyə xərcləmişik. Dəhşətli ağrılarım olur. Gecələr, ümumiyyətlə, yatmıram. Yemirəm, su içəndə belə çətinlik çəkirəm. Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə almışam".

 

Mütəxəssislər proqressivləşən sistemli skleroz xəstəliyinin müalicəsinin Belarus və İsraildə mümkün olduğunu deyiblər. Ailənin maddi durumu isə buna imkan vermir: "İmkanlı şəxslərdən xahiş edirəm. Mənim xəstəliyimin çarəsinin tapılması üçün yardım etsinlər. Övladlarım çox kiçikdir, onlara görə yaşamaq istəyirəm".

 

Sitarə Əliyevanın adına artıq bank hesabı açılıb.

 

Unibank: Əliyeva Sitarə Vasif qızı

Hesab nömrəsi 46104658

 

Köməyinizi əsirgəməyin!

X

XƏBƏRLƏR
BÖYÜT