İrəvanda polislə aksiya iştirakçıları toqquşdu - QARŞIDURMA ANI
17:55 – 16 Aprel, 2018

İrəvanda səhərdən başlayan kütləvi etiraz aksiyası davam edir.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, nümayişçilər Baqramyan prospektindən yürüşə başlamaq istəsə də, polis onların qarşısını kəsib, əraziyə tikanlı məftillər çəkilib.

 

Etirazçı kütlə ilə polis arasında toqquşma yaşanıb. Polis rezin dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Qeyri-rəsmi məlumata görə, aksiyaçılar arasında saxlanılanlar var.

 

Qeyd edək ki, səhər  saatlarından başlayan kütləvi aksiya zamanı "Vətəndaş müqaviləsi" partiyasının liderlərindən olan deputat Nikol Paşinyanın başçılığı ilə etirazçılar İrəvanın mərkəzi küçə və prospektlərində hərəkəti dayandırıb.

 

Etirazçılar əsasən sabiq prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz edir və hökumətin istefası tələbini səsləndirir.

 

X

XƏBƏRLƏR
BÖYÜT