Füzuli rayonunda raket mərmisi tapıldı
02:48 – 17 Aprel, 2018

Füzuli rayonunda təhlükəli hesab edilə biləcək mərmi aşkarlanıb. APA TV-nin verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə məlumatlar daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu məlumatda qeyd olunan Füzuli rayonu, Gecəgözlü kəndindəki həmin əraziyə göndərilib. Əməliyyatçılar orada bir otlaq sahəsinə  baxış keçirib. Aparılan operativ əməliyyat tədbirləri nəticəsində 1 ədəd partlamış raket mərmisi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlamış raket mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

X

XƏBƏRLƏR
BÖYÜT