Güclü qar Quba-Xınalıq yolunda problemlər yaradıb
02:52 – 17 Aprel, 2018

Ötən gün Quba rayonu ərazisinə yağan güclü qar Quba-Xınalıq yolunda fəsadlar yaradıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 34-57-ci km-də hərəkət qismən bağlanıb.

Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə hərəkət qısa müddətdə bərpa olunub. Buna baxmayaraq, yolun 29-cu km-də daş və palçıq uçqunu yolu kəsib.

Ərazidə təmizlik işləri aparan qurumlar tərəfindən bu yoldan istifadə edən sürücülərə diqqətli olmalarına dair xəbərdarlıqlar edilib.

X

XƏBƏRLƏR
BÖYÜT