İsrail hava qüvvələri Suriya aviabazasına zərbələr endirdi
03:57 – 17 Aprel, 2018

Suriyanın Hüms əyalətində yerləşən və Suriya ordusuna məxsus “Şayrat” hərbi bazası aviazərbələrə məruz qalıb. APA TV-nin məlumatına görə, bu barədə yerli SANA agentliyi xəbər verib.

Məlumata görə, Suriya ordusunun havadan müdafiə sistemləri zərbələri dəf edib. Hücumun kim tərəfindən törədildiyi hələlik məlum deyil. “Al Masdar” portalının məlumatına əsasən, aviabazaya zərbələr İsrail Hərbi-Hava Qüvvələri tərəfindən endirilib.

Bir qədər sonra ABŞ Müdafiə Nazirliyi də Hümsdə hər hansı hərbi əməliyyatların aparılmadığı, "Şayrat" aviabazasına hücumda iştirak etmədikləri barədə açıqlama yayıb.

Qeyd edək ki, ötən ilin aprelində ABŞ-ın Aralıq dənizindəki gəmilərindən “Şayrat” aviabazası istiqamətində 59 "Tomahawk" raketi buraxılmış, nəticədə 5 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdı.

X

XƏBƏRLƏR
BÖYÜT