Paytaxtda "Porsche" gəldiyi sürətlə yük maşınına çırpılıb - XƏSARƏT ALAN VAR
05:41 – 17 Aprel, 2018

    Gecə saatlarında Bakının Nərimanov rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, Ziya Bünyadov prospektində qeydə alınmış avtoqəza zamanı "Porsche" markalı minik maşını "Shacman" markalı yük maşınına çırpılıb.

Məlumata görə, avtomobillərin hər ikisi metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət edirmiş. Ehtimal olunur ki, "Porsche"nin sürücüsü avtomobili yüksək sürətlə idarə edirmiş. Eyni zamanda, sürücü Mikayılov Eldar İsmayıl oğlunun idarə etdiyi yük maşınının arxa hissəsində də xəbərdaredici nişanlar olmadığı üçün qaranlıq yolda görünməsi çətinləşib. Sonda qəza qaçılmaz olub.

Yol qəzası nəticəsində minik maşınının sürücüsü xəsarət alarıb. O, ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Hadisənin təfərrüatlarını isə Nizami RPİ-nin təhqiqatçıları araşdırır.

X

XƏBƏRLƏR
BÖYÜT