Neft bazarı ABŞ-da gedən proseslərin təsirindən çıxa bilmir - UCUZLAŞMA
10:19 – 17 Aprel, 2018

Birjalarda xam neftin qiymətlərində ucuzlaşma qeydə alınıb.

 

APA TV-nin məlumatına görə, 20 sent ucuzlaşan "Brent" markalı neft hazırda 71,66 dollardan satılır. Qərbi Texas markası da kiçik ucuzlaşma ilə 66,53 dollardan təklif olunur.

 

Azərbaycan nefti isə 1 dollardan çox ucuzlaşıb. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 73,26 dollardır.

 

Bu arada Küveytin neft naziri Bakhet Əl-Rəşidi OPEC və ortaqlarının istehsalı azaltmaq razılaşmasını 2019-cu ilə qədər uzatmağı müzakirə edəcəklərini deyib.

ABŞ-da isə xam neft ehtiyatlarının ötən həftə azaldığı ehtimal olunur. Sabah açıqlanacaq rəsmi hesabatda nəticə elan olunacaq. Lakin eyni zamanda bu ölkədə istehsalın artması qiymətlərin yüksəlməsinə əsas maneə olaraq qalır.

X

XƏBƏRLƏR
BÖYÜT