Libermann: "Rusiyaya icazə, İrana imkan verməyəcəyik"
11:00 – 17 Aprel, 2018

"Suriyadakı fəaliyyətimizi məhdudlaşdırmaq istəyən Rusiyaya icazə verməyəcəyik".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu İsrailin müdafiə naziri Aviqdor Libermann deyib.
 

O, Suriyadakı vəziyyətin nəzarət altında olduğunu qeyd edib: "Biz öz işimizi görürük, seçimlərimiz isə masadadır. Suriyadakı fəaliyyətimizə Rusiya tərəfindən qadağa qoyulmasına isə icazə verilməyəcək.  Biz Suriyanın daxili işlərinə qarışmırıq. Dünyanın yenidən qurulmağı və İsrailin təhlükəsizliyi ilə maraqlanırıq".

 

Suriyada aviabazaya zərbələrin endirilməsi barədə suallara cavab verməkdən imtina edən nazir, İranın Suriyada güclənməsinə də imkan verməyəcəklərini qeyd edib.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT