Paşinyan: "Səfirlikləri, dövlət binalarını tutun" - İRƏVANDA ÜSYAN QIĞILCIMLARI
11:35 – 17 Aprel, 2018

İrəvandakı kütləvi aksiyanın təşkilatçısı, "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan tərəfdarlarını şəhərdəki səfirlik binalarını mühasirəyə almağa çağırıb.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, o, aksiyaçılara polisdən qaçmaq üçün pərakəndə şəkildə küçənin müxtəlif hissələrinə yayılmaq göstərişi də verib: "Dövlət idarələrinə hücum edin, oturaq aksiyalara başlayın, kütləvi formada küçələrə axışın. İdarə, nazirlik və meriyaların, universitetlərin qapılarını mühasirəyə alın, binalarına daxil olun".

 

Qeyd edək ki, N.Paşinyan bu gün səhər İrəvan polisinə çağırılaraq, ona aksiyaları dayandırmaqla bağlı yazılı xəbərdarlıq edilib. Lakin o, idarədən çıxdıqdan sonra xəbərdarlıq sənədini kameralar qarşısında cırıb.

 

X

XƏBƏRLƏR
BÖYÜT