Fransa Əsədə verdiyi "Fəxri Legion" ordenini geri alır
12:17 – 17 Aprel, 2018

Bəşər Əsədə verilən orden geri alınacaq.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Fransa hökuməti Suriya prezidenti Bəşər Əsədə verilən "Fəxri Legion" dövlət ordenini geri almaq üçün hazırlıqlara başlayıb.

2000-ci ildə Suriyada hakimiyyətə gələn Bəşər Əsəd Suriya üçün gördüyü işlərin qarşılığında bu ordenə namizəd seçilmiş, 2001-ci ildə isə Fransa prezidenti Jak Şirak tərəfindən mükafatlandırılmışdı.

 

Qeyd edək ki, "ordenin adına zidd hərəkətlər edən şəxslərdən geri alınması" qərarı 2010-cu ildə verilib.



 

 

X

XƏBƏRLƏR
BÖYÜT