Bakıda qadın rəssamların beynəlxalq sərgisi keçirilir
12:33 – 17 Aprel, 2018

“Port Baku Mall” rəsm qalereyasında “Rəngin əbədi gücü” adlı sərgi açılıb.

 

APA TV-nin məlumatına görə, layihə “Art Gallery Turan”ın və Ellada İsmayılovanın təşkilatçılığı, eləcə də “HOMS” Qrupu Səfir Xanımları Cəmiyyəti və Beynəlxalq Qadınlar Klubu (IWC) xeyriyyə təşkilatlarının dəstəyi ilə ərsəyə gəlib.

 

Gözəllik, təbiət, qadınlar... Nümayiş olunan təxminən 60 əsərdə əsas diqqət bu məfhumlara yönəlib. Rəsm əsərlərinin qadınlara aid olduğu aydın hiss olunur. 18 xanım rəssamın məqsədi də elə bu idi. Onlar konsepsiyanı “Təbiət, qadın və gözəllik” olaraq müəyyən ediblər. Xanım rəssamlar həm də müxtəlif ölkələrin mədəniyyətlərini əks etdirməyə çalışıblar.

 

Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Argentina, Xorvatiya rəssamlarının işləri yer alıb.  Turan Muxtarzadə, Jalə Həsənova, Məryəm Şirin, Kübra Vəliyeva, Marta de Quesada, Pakizə Kılınc və b. qadını, təbiəti gördükləri prizmadan əks etdiriblər.

 

Qeyd edək ki, sərgi aprelin 19-dək davam edəcək. Əsərlər həm də satış məqsədilə nümayiş olunur.

X

XƏBƏRLƏR
BÖYÜT