ABŞ Suriyada Əsədə qarşı yeni birlik yaradır - SƏUDİYYƏ VƏ MİSİR QOŞUN GÖNDƏRƏCƏK
12:38 – 17 Aprel, 2018

ABŞ-ın Suriyanın şimalı ilə bağlı yeni planları ortaya çıxıb.


APA TV-nin məlumatına görə, ABŞ hərbçilərini çəkdikdən sonra bölgədə Ərəb Qüvvələri adlı yeni hərbi birlik yaratmağı planlaşdırır.

 

"The Wall Street Journal"ın ABŞ rəsmilərinə istinad verdiyi xəbərdə, prezident Donald Trampın vəzifəyə yeni təyin etdiyi milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun artıq Misirin kəşfiyyat rəisi Abbas Kamil ilə görüşdüyü bildirilir. Görüşdə Misirin Suriyada Ərəb Qüvvələrinin yaradılmasında rolunun müzakirə edildiyi qeyd olunur.

 

Ordunun yaradılması üçün Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) maliyyə və bölgəyə hərbi kontingent göndərmək tələb olunacaq.

 

Xatırladaq ki, bir müddət öncə Donald Tramp Suriyada olan 2000 hərbçinin bu ölkədən çıxarılacağını açıqlamışdı. Ərəb Qüvvələri İŞİD-lə mübarizədən sonra Suriyanın şimalında sabitliyin yaradılmasını təmin edəcək. ABŞ hərbçiləri İŞİD-in tam məhv edilməsinin asan proses olmadığını, Ərəb Qüvvələrinin yaradılması üçün də bəzi əngəllərin mümkünlüyü bildirir.

Bunun tərkib hissəsi kimi Səudiyyə Ərəbistanının və BƏƏ-nin Yəməndə əməliyyatları davam etdirməsi, Misirin isə Əsədin nəzarətində olmayan bölgədə müdafiə qüvvəsi yaratmaqda o qədər də istəkli olmaması göstərilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT