Ermənistanda "məxməri inqilab" başladı - ÖLKƏ ÇALXALANIR
13:33 – 17 Aprel, 2018

İrəvanda vəziyyət gərgin olaraq qalır.


APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, "Fransa" meydanında başlayan mitinqdə parlamentin deputatı Nikol Paşinyan yeni "məxməri inqilab"ın başlandığını elan edib: "Məxməri inqilab" artıq başlayıb. Mən səhər onlarla aksiyaçının qarşısında hakimiyyətin verdiyi xəbərdarlıq məktubunu cırdım. Bundan sonra onlarla aksiyaçı həbs olundu".

 

O, həmçinin polisin meydana xeyli sayda qüvvə topladığını da bildirib: "Biz başqa addımlar atacağıq. Əvvəl yürüş edib dövlət idarələrinin işini iflic edəcək, oturaq aksiyalar keçirəcək, kimsənin binalara girişinə icazə verməyəcəyik. İçəridə olanlar isə ancaq bizə qoşulacağı halda binadan buraxılacaq".
 

Müxalifət lideri bütün şəhərlərdəki tərəfdarlarını da aksiyalara qoşulmağa çağırıb. Hazırda minlərlə aksiya iştirakçısının parlament binasına doğru hərəkət etdiyi bildirilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT