Gəncədə saxta yuyucu tozlar ələ keçirildi
15:34 – 17 Aprel, 2018

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində müxtəlif ərazilərdə səyyar formada saxta yuyucu vasitələrin satılması barədə məlumat daxil olub.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlərlə “Ford-Transit” markalı avtomobil müəyyən edilərək şəhər ərazisində saxlanılıb və idarəyə gətirilib.

 

 

Polis əməkdaşları 37 yaşlı Gəncə şəhər sakini Rail Abdıyevin idarə etdiyi avtomobildən zavod istehsalı olmayan, məişətdə istifadə edilən 401 ədəd keyfiyyətsiz "Fairy" yuyucu kimyəvi maddə, 297 ədəd boş “Ariel” sellofan paketləri və 1 ədəd həmin paketlərin qablaşdırılması üçün istifadə edilən ütü aşkar ediblər. Ümumilikdə 50 ədəd 1 litrlik, 45 ədəd 450 qr-lıq “Fairy” qabyuyan mayesi, 36 ədəd 1 litrlik “Ace” təmizləyici mayesi, 132 ədəd “Tuz ruhu” təmizləyici mayesi, 11 ədəd “Domestos” təmizləyici mayesi, 3 ədəd 1600 qramlıq, 10 ədəd 1350 qramlıq, 27 ədəd 450 qramlıq sellofan torbalarda “Ariel” yuyucu tozu, 84 ədəd 450 qramlıq kağız qutuda “Ariel” yuyucu tozu, 297 ədəd 1350 qramlıq boş “Ariel” sellofan torbaları müsadirə edilərək dövriyyədən çıxarılıb.

 

Götürülən maddi sübutlar məhkəmə-kimyəvi ekspertizasına göndərilib. Faktla bağlı araşdırma aparılır.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT