Elarizin bu açıqlaması qalmaqal yaradacaq: “Aygün, Röya...”
12:08 – 18 Aprel, 2018

Sənət üçün nələri qurban vermək olar? Ümumiyyətlə, incəsənət həqiqətən qurban tələb edirmi? APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında bu və digər sualları müğənni Elariz Məmmədoğlu cavablandırıb.

 

Müğənni deyib ki, 1997-ci ildə albom çıxarmaq üçün evdə olan qızıl əşyalarını satmalı olub.  Elariz Məmmədoğlu hesab edir ki, Azərbaycanın heç bir müğənnisi Türkiyə şou-biznesində tanınmır: "Hansı müğənnimiz Türkiyə şou-biznesində nəsə edib? Elə bir müğənnimiz yoxdur axı. Türkiyə şou-biznesinə girmək üçün böyük pullar qoymaq lazımdır. Bizdə də o böyük pullar yoxdur. Çünki bizim toylara gedən ən böyük müğənnimiz qrupla birlikdə 10-15 min manata gedər. Mən dediyimi dedim, qoy sübut eləsinlər ki, mən düz demirəm. Ola bilər cüzi tanınırlar. Məsələn Brilyant Dadaşova çox böyük sənətkardır. Mən istəyərdim ki, onu tanısınlar, Türkiyədə, Türkiyə şou-biznesində". Elariz Məmmədoğlu özünü "o" səviyyədə populyar saymadığını deyib.

 

Müğənni, Səidə Sultanın "Evdə qalaram, Elariz Məmmədoğlu kimi bir insanla ailə qurmaram" atmacasına cavab verib: "Mənim cavabım necə oldu, bilirsiniz də? Mən ailəliyəm axı, o mənə necə ərə gələ bilər. Mənim artıq nəvələrim var. Səidə Sultanla münasibətimiz çox yaxşıdır. Orada ona sual verəndə də ərki çatdığı adam mən olmuşam".  

 

Elariz Məmmədoğlu gənc bəstəkarlara da münasibət bildirib: "İstedadı var, amma savad yoxdur deyə mahnıları hamısı bir-birinə oxşayır. Mütləq istedadlı gənclərimiz savad almalıdırlar. Harmoniya bilməyən insan heç vaxt özünə bəstəkaram deyə bilməz. Harmoniyanı bilməsən, necə mahnı yaza bilərsən?"   

 

"Showtime" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT