Ölünün dalınca niyə danışırıq? - MÜZAKİRƏ
15:50 – 18 Aprel, 2018

Əvvəllər qəbahət hesab edilən məsələlər, artıq sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Məsələn əvvəllər deyirdilər ki, ölünün dalınca danışmaq olmaz. Bir adamın ayağını qazmaq olmaz. Xəstə insan haqqında pis fikirlər söyləmək günahdır. Bəs ölünün arxasınca niyə danışırıq? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələlər müzakirə olunub.  

 

Kulturoloq Aydın Xan Əbilov deyib ki, biz hələ də ortaq dəyərləri qəbul etməmişik: "Biz nə şərqli kimi şərqli qaldıq, nə də qərbli kimi qərbli ola bildik. Ölən haqqında danışmaq olarmı? Niyə olmasın? sağ ikən rüşvət alır, xalqı incidir, tutalım insanlara ailədə, və yaxud qonşuluqda qarşı zina edir. Və bu ölür, biz bunu niyə müzakirə etməməliyik?"

 

İlahiyyatçı Fazil Əhmədlinin sözlərinə görə əxlaqdan kənar hərəkətlərə yol verən insan haqqında həm diri,  həm də ölü ikən danışmaq vacibdir: ""Bəqərə" surəsinin 159-cu ayəsində Allah-Təala buyurur ki, haqq olduğu kimi insanlara çatdıqdan sonra küfr edənlərə Allah, mələklər və bütün lənət edə bilənlər lənət etsin".

 

Yazıçı Mirmehdi Ağaoğlu hesab edir ki, ölünün dalınca danışmamaq mənəvi keyfiyyət göstəricisidir: "Çox müsbət göstəricidir. Yəni adam bağışlayır və unudur bu pislikləri. Çünki ölünün sənə cavab vermək imkanı yoxdur. İki il əvvəl İlhamə Quliyeva rəhmətə gedəndə eyni hal sosial şəbəkədə yaşandı, onun ölümü şəbədiyə çevrildi. Elə bil ki, belə adam olmamışdı. Bizim ona canlı-canlı sözümüzü demək imkanımız yox idi. Öləndən sonra əlimizə imkan düşür".  

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT