Ana və uşaq ölümlərinin səbəbi nədir?
17:52 – 20 Aprel, 2018

Son illərdə ana və uşaq ölümünün sayının azalmasına baxmayaraq ölkəmizdə bu problem olaraq qalmaqdadır. Təkcə bu ilin 3 ayında respublikada 7 ana ölümü faktı qeydə alınıb. Ötən il ərzində isə 20 ana doğuş zamanı dünyasını dəyişib. Səhiyyə Nazirliyi ana ölümü faktlarını azaldığını desə də hər halda 3 ay üçün 7 ana ölümü say olaraq az deyil. Niyə bu Problem çözülə bilmir? Doğuş zamanı ana və uşaq ölümünün günahkarı kimdir? Həkimlər yoxsa vaxtında öz sağlamlığına qarşı laqeyd yanaşan analar? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

 

Həkim-ginekoloq Məhəmməd Qəmbərov deyib ki, ana ölümləri doğuşdan sonra 40 günlük müddətə şamil olunur. Onun sözlərinə görə son 15-20 il ilə müqayisədə Azərbaycanda ana və uşaq ölümlərinin sayında azalma müşahidə olunur.

 

"Ən birinci səbəb doğuş əməliyyatı vaxtı və daha sıx 24 saat ərzində erkən qanaxmalar ən sıx səbəblərdir. Qanaxmalarda kritik nöqtə vaxtında müdaxilələrdir" - M.Qəmbərov belə deyib. Qanaxma riskini yaradan faktorlardan danışan ginekoloqun sözlərinə görə erkən nikahlar burada mühüm rol oynayır. Məhəmməd Qəmbərov deyib ki, hamiləlik dövründə qadının çəkisinə nəzarət edilməsi vacib amildir: "Kontrolsuz qalıb, çox kilo alıb, çox şişib. Həm doğuş vaxtı, həm də doğuşdan sonra qadınlar ümumiyyətlə laxtalanmaya meylli olurlar. Beyinə, ürəyə, ağciyər arteriyasına gedib o damarı tutarsa da, ani ana ölümlərinə səbəb ola bilir".

 

Ginekoloq qeysəriyyə əməliyyatından da danışıb: "Qeysəriyyə əməliyyatı ilə doğuşda bir litrdən artıq qanaxma normal hesab olunur".  

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT