Yeni hökumətdə daha kimlər var? - MÜZAKİRƏ
12:59 – 23 Aprel, 2018

Aprelin 21-də Azərbaycanda yeni hökumət kabineti formalaşsa da, bəzi nazirlik və komitələrə hələ də rəhbər təyin edilməyib. Hökumətin tərkibinin təsdiqlənməsi hələ də davam edir. Yeni hökumətdə daha kimlər olacaq? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında yeni təyinatlar və perspektivlər barədə fikir mübadiləsi yürüdülüb.

 

İqtisadçı ekspert Fikrət Yusifov deyib ki, qeyri-neft ixracı hazırda 4 dəfə artıb: "Azərbaycan hökumətinin bu gün iqtisadi hədəfinin başlıca hədəfi neftdən asılılığı optimallaşdırmaqdır. Azərbaycan regionun tranzit məkanına çevrilib".  ekspert hesab edir ki, ən böyük bəlalardan biri, mütəxəssis, peşəkar olan tərəfin sözünə qulaq asmamaqdır: "Bir sahə bir kəsə həvalə edilibsə, o orada özünü hər kəsdən ağıllı hesab etməməlidir. O sahədə peşəkarlar var. Mən hesab edirəm ki, aqrar sektorda müəyyən yanlışlıqlar bu səbəbin olmamasından baş verdi. Elə sosial müdafiə sektorunda müəyyən yanlışlıqlar bu səbəblərdən baş verdi".

 

Prezidentliyə sabiq namizəd Razi Nurullayev seçki platfomasının bəzi məqamlarına aydınlıq gətirib: "Mənim dediyim hər bir Azərbaycan vətəndaşına öz şəxsi biznesinin qurulması üçün 10.000 manatın verilməsi idi. ASAN Xidməti tərkibində ailə biznesinin dəstəklənməsi mərkəzi yaradılıb. İki minlə də, üç minlə də, min beş yüzlə də, hətta min manatla da insanlar öz biznesini qura bilir". R.Nurullayev Mədəniyyət və Turizm Nazirliyinin bazasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin yaradılmasına münasibət bildirib və turizmlə bağlı təkliflərini verib: "Azərbaycanın imkanları var ki, 3 milyon rus turistini Azərbaycana cəlb etsin. Sumqayıtdan Nabrana kimi olan əraziləri yenə də simvolik olaraq 1 dollara sərmayəçilərə vermək, paket şəklində təqdim etməkdir ki, bu da heç bir dövlət məmurunun qapısını döyməmək, rüşvət verməmək deməkdir". 

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.  

X

XƏBƏRLƏR
BÖYÜT