"Azərbaycanda mənim rəqibim yoxdur" - QALMAQALLI AÇIQLAMA
18:06 – 24 Aprel, 2018

Müğənnilər dəblə ayaqlaşa bilirmi? Səhnə insanları doğru imici necə formalaşdıra bilərlər? APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında müğənni Səmra Rəhimli bu və ya digər sualları cavablandırıb.

 

Səhnədə soyunardınızmı sualına müğənni belə cavab verib: "Hər layihə bir şey tələb edir. Hər şeyin öz çərçivəsi var. "O sevir" mahnısını mən belə təsəvvür etdim. Yox demirəm, hə də demirəm. elə bir layihə hal-hazırda yoxdur. O təkliflər mənə gələ bilməz, onu özüm edə bilərəm". Səmra deyib ki, sənətdə sponsoru yoxdur, bütün işləri özü görür, ona hərtərəfli dəstək göstərən insan isə anasıdır.  

 

Səmra yerli ulduzlardan heç kimə qulaq asmadığını deyib: "Mənim qulaq asdığım elə müğənnilər yoxdur. Radionu açanda istər-istəməz eşidirsən. Amma mən daha çox xarici mahnıları, xarici FM-ləri dinləyirəm. Yerli ulduzları izləmirəm. Mən Beyonsun fanatıyam. Mən onlara qulaq asıram. Onların fanatıyam". Bunun belə müğənni yerli müğənnilərlə duet oxuya biləcəyini də istisna etməyib.

 

Müğənni oxuduğu janrda, yerli sənətdə özünə rəqib görmədiyini deyib: "Şou-aləmində mənim tərzimdə, mənim obrazımda oxuyan rəqib müğənni yoxdur. Mən özümü brend hesab edirəm. Çünki mən keyfiyyətli iş görürəm. Keyfiyyətli musiqi göstərməyə çalışıram". Səmra hesab edir ki, hazırda şou-biznesdə keyfiyyətli musiqi demək olar ki, yoxdur.

 

"Showtime" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT