Yaz yorğunluğundan necə xilas olmalıyıq?
18:42 – 24 Aprel, 2018

Soyuq havaların anidən dəyişməsi və isti hava ilə əvəz olunması insanda halsızlıq, yorğunluq, yuxusuzluq, diqqətsizlik və əzələ ağrıları yaradır. Həkimlər də təsdiq edir ki, yaza keçid dövründə insan orqanizmində hormonal balansda dəyişiklik olur. Bütün bunlar yaz depresiyası anlayışını gündəmə gətirir. Bəs görəsən bu döğvrdə insanların hiss etdikləri daha çox yorğunluqdur yoxsa yaz depresiyası? Yaz depresiyasının əlamətləri hansılardır və bundan necə qurtulmaq olar ? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu və digər suallara aydınlıq gətirilib.

 

Depressiyadan danışan psixoloq Elnur Rüstəmov deyib ki, bu hal birbaşa intihara yol aça bilir: "İnithar edənlərin böyük bir qismi depressiyada olan insanlardır. Depressiyaların formaları var. Yüngül depressiya ola bilər, orta ola bilər, ağır depressiya ola bilər". Psixoloqun sözlərinə görə hər hansı dərman preparatlarının depressiyanın qarşısını 100%  alması mümkün deyil. E.Rüstəmov deyib ki, işləyən insanlarda depressiya az müşahidə olunur: "İşləməyən insanlarda stress az olur, depressiya çox olur. Çünki depressiyada olan insanlara nə məsləhət görürlər? Açıq havada çox olun, insanlarla ünsiyyətdə olun. Bütün insanlara aktiv olmaq tövsiyə olunur".

 

Elnur Rüstəmov deyib ki, depressiyanın nevrozla birbaşa əlaqəsi var: "Depressiya o qədər dərinləşir ki, birbaşa nevroz halına çevrilir. Psixologiyada bu depressiv nevroz adı ilə təsnif olunur". Psixoloq hesab edir ki, insanların həyata baxışı dəyişməlidir. "Bu gün isə sanki insanlar ruh kimdirlər. Əlbəttə, bu da insanlarda narahatlıq yaradır" - psixoloq belə deyib. 

 

Elnur Rüstəmovun sözlərinə görə qadınlar kişilərlə müqayisədə daha çox repressiyaya düşə bilirlər. 

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT