Falçı, çöpçü, sınıqçı: kimə inanmalı? - MÜZAKİRƏ
13:19 – 25 Aprel, 2018

Falçı, çöpçü, yoxsa sınıqçı? Bunlardan hansına inanmaq olar? APA TV-nin "İlhamla Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu suallar müzakirə olunub.

 

Həkim-terapevt Nahid Məhərrəmov deyib ki, çöpçü, falçı və sınıqçının heç bir elmi əsası yoxdur: "O uşağı həkimə gətirsələr, o onsuz da sağalacaq. Üfürməklə əgər yad cismi çıxarmaq mümkündürsə, onu mən də çıxara bilərəm. Burun boşluqdur, orada yad cisim qalıb. Ora çöpçü üfürdü, Nahid üfürdü, yaxud hər hansı nasosla üfürdün eyni şeydir. Əgər o yad cisim oradan çıxa bilirdisə, olmazdımı ki, onu normal şəkildə, steril şəkildə peşəkar etsin? Lor həkimi müdaxilə etmək üçün avadanlığı sterilizasiyaya qoyur, ondan sonra müdaxilə edir buruna".

 

Psixoloq Gülər Məmmədova deyib ki, bu gün falçıya, çöpçüyə və sınıqçıya gedən insanlar çoxdur: "Onların inanc modeli sırf bunun üzərində qurulub". Psixoloqun sözlərinə görə falçılara müraciət edən kişilər, bunu qadınların təsiri altında edir. "İnsan özünə təlqin edən fikrin əsiridir. Belə olduğu halda digər məhsullar, dərmanlar hazırlanır xalq təbabətindən. Bunları iç, sənin bəxtin açılacaq. Və yaxud belə deyək əyani vəsaitlərdən istifadə edirlər: açar, qıfıl, müəyyən yağlar, qurd yağı, saplar, ceyran tükü, yazılar, müəyyən dualar bütün bunlar qara maqiyanın incə tərəfidir. Bütün bunlar insanlara psixoloji təsir edir".

 

İlahiyyatçı Ceyhun Şükürov falçılığın Qurani-Kərimlə qadağan olunduğunu deyib: "Fal islamdan əvvəl gəlib. Onlar gələcəkdən deyə bilmirlər. Onlar ancaq keçmişi deyə bilirlər. Onun da səbəbləri vardır ki, bu küfrdür, elmdir. Küfr elmi onlara öyrədilib". İlahiyyatçı fal və sehr anlayışlarının fərqli olduğunu deyib: "Falçılar, bizim metafiziki dediyimiz cin aləmi olan şeytanlardan dəstək alırlar".     

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT