Qarışan Ermənistan və Qarabağ: nə gözləyirik? - MÜZAKİRƏ
14:31 – 26 Aprel, 2018

Bir müddət bundan əvvəl İrəvanda başlanmış etiraz aksiyaları baş nazir Serj Sarqsyanın istefası ilə nəticələndi. Çoxları belə hesab edirdi ki, bu istefadan sonra vəziyyət düzələcək. Amma proqnozlar özünü doğrultmadı, Paşinyan artıq baş nazir olmaq iddiası ilə çıxış edir. Təbii ki, Ermənistanda baş verən hadisələr Azərbaycanda diqqətlə izlənilir. Əslində İrəvanda nələr baş verir və bu proseslər Qarabağ münaqişəsinin həllinə necə təsir göstərəcək? APA TV-nin “İlham Tumasla” 40 dəqiqə layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə olunub.

Politoloq Şahin Cəfərli hesab edir ki, Sarqsyanın məğlubiyyəti Rusiyanın onun arxasında dayanmamasından irəli gəldi. Politoloqun sözlərinə görə hadisələrin gərginləşməsində klanların da müharibəsi var: “İrəvan erməniləri belə düşünürdülər ki, biz burada ola-ola nəyə görə Qarabağdan gəlib hakimiyyəti ələ keçiriblər və getmək də istəmirlər”.  Politoloq deyib ki, Paşinyan Rusiyanın adamı deyil: “Paşinyanın meydandakı çıxışlarından sezmək olur ki, o daha çox Qərb yönlüdür, nəinki Rusiya yönlü”.  Şahin Cəfərli hesab edir ki, Ermənistanın demokratik ölkəyə çevrilməsi, Azərbaycanın maraqlarına ziddir.

Hərbi ekspert Üzeyir Cəfərov yaxın saatlarda Ermənistanda qan töküləcəyini istisna etmir: “Çünki Paşinyan faktiki olaraq Sarqsyandan sonra baş nazirin birinci müavini Karapetyanın da hakimiyyətdən getməsini tələb edir. Ümumiyyətlə şərt qoyub ki, heç bir halda Respublikaçılar partiyasının namizədləri rəhbərlikdə təmsil oluna bilməzlər”. Hərbi ekspert Rusiyanın Ermənistan məsələsində Qarabağ kartından istifadə edəcəyini də istisna etməyib: “Qarabağda istənilən hadisələr baş verə bilər. Düşmən təxribat nəticəsində istənilən zərbəni vura bilər, biz o zərbəyə hazırıq”.    

“İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT