Süni qidalar, saxta dərmanlar: necə qurtulmalı? - MÜZAKİRƏ
13:23 – 02 May, 2018

Belə bir fikir var, deyirlər insanın qəbul etdiyi qidalar birbaşa onun xarakterinə təsir edir. Bəlkə də son vaxtlar saxta insanların meydana çıxması da, qəbul etdiyimiz saxta qidalara görədir. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında saxta qidalar və saxta dərman vasitələrindən danışılıb.

 

Terapevt-qastroenteroloq Sevindik Arazovun sözlərinə görə yaşadığımız torpaqda yetişməyən tropik meyvələr müəyyən fəsadlar yarada bilər: "Təbii yetişmiş meyvə-tərəvəzlə bir belə əhalini qidalandırmaq mümkün deyil. Onun genini dəyişməklə başqa qatqılar qatmaq allergik xəstəliklərə, anadan olandan bəri uşaqlarda mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarır". S.Arazov deyib ki, dərmanlar bütün hallarda apteklərdən tibbi protokol əsasında verilməlidir.  "Doğru-dürüst dərmanı yazmalıyam, dərmanı vaxtında qəbul etməsini təmin etməliyəm və pasiyenti sıx-sıx, tez-tez görməliyəm. Azərbaycan pasiyenti isə xəstələndiyi vaxt yadındadır, sağaldığı vaxt yadında deyil" - Sevindik Arazov belə deyib.

 

"Sağlam Cəmiyyət" İctimai Birliyinin sədri, jurnalist Elçin Bayramlı deyib ki, GMO məhsulları Azərbaycanda qanunla qadağan edilsə də, bazarlar sözügedən məhsullarla, süni, keyfiyyətsiz saxta məhsullarla doludur: "Özünüz şahidsiniz xəstəxanalar doludur, onkologiya mərkəzində yer yoxdur. Əhali arasında rəhmətə gedənlərdən 10-dan 9-u xərçəngdən gedib və az yaşında. Bu 80% birbaşa su ilə, qidalarla bağlıdır". Elçin Bayramlı hesab edir ki, broyler fabrikləri əhali üçün birbaşa terrordur: "Ona görə ki, bu yemlər xaricdən gətirilir və xaricdən gətirilən yemlərdə perimiks maddəsi mütləq vurulur".      

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.  

X

XƏBƏRLƏR
BÖYÜT