Nikol Paşinyan: Piyada, yoxsa fiqur?
17:35 – 02 May, 2018

Ermənistanda kütləvi aksiyalar yeni mərhələyə qədəm qoyub. Parlamentdə keçirilən səsvermədə  müxalif hərəkatın lideri Nikol Paşinyan baş nazir seçilə bilməyib. Ermənistan Konstitusiyasına əsasən, bir həftə sonra yenidən baş nazir seçkiləri keçirilməlidir. Əgər parlament bir həftə sonra baş naziri yenə seçə bilməsə, prezident parlamenti buraxır və növbədənkənar parlament seçkiləri təyin edir. Nikol Paşinyan isə bu ssenari ilə deyəsən razı deyil. Səsvermədən sonra o küçələrə çıxmış tərəfdarlarını yolları kəsməyə, barrikadalar qurmağa, dəmiryolu və aeroportu tutmağa çağırıb. Paşinyan həmçinin ali məktəblərdə tətil elan olunmasını istəyib və tələbələri küçələrə səsləyib. Bir sıra suallar var. Ermənistan hakimiyyətində “Qarabağ klanı”nın sonu çatıbmı? Bu klanı hansı qüvvələr əvəzləyəcək? Ölkədə kütləvi aksiyaları kim idarə edir, aksiyaların təşkilində xarici dövlətlərin rolu nə qədərdir? APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında siyasi ekspert İlqar Vəlizadə ilə bu suallara aydınlıq gətirilib:

 

- İrəvan hadisələrinin əsas iştirakçıları gənclərdir;

- Nikol Paşinyanın arxasında müəyyən qüvvələr dayanır;

- Levon Ter-Petrosytanın hakimiyyətə gətirilməsi inandırıcı deyil;

- Ermənistan hadisələrinin uzanması Rusiyanın xeyrinə deyil;

- Paşinyan Qərb yönlü siyasətçidir;

- Dünənki səsvermə onu göstərdi ki, Paşinyanı aldatdılar;

- Qarabağ klanının Ermənistanda maliyyə maraqları var;

- İrəvan hadisələri növbədənkənar seçkilərə səbəb olacaq.

 

"Panoram" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT