Mollalara niyə maaş veririk? - MÜZAKİRƏ
13:50 – 03 May, 2018

Son günlər sosial şəbəkələrdə və mətbuatda daha çox müzakirə edilən məsələlərdən biri də mollalara maaşların verilməsi ilə bağlıdır. Nəyə görə mollalara maaş veririk? APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib ki, Fondun din xadimlərinə verəcəyi vəsait maaaş yox, maddi dəstəkdir: “Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsindən rəsmi təyinat alan və məscidlərdə fəaliyyət göstərən 1000 nəfərdən artıq imam, imam müavini və mütəvəliyə müvafiq olaraq 450, 300 və 200 manat nəzərdə tutulub”.

Yazar Tural Turan hesab edir ki, din xadimlərinə maddi yardım edilməsi düzgün deyil: “Həmin pulların yerinə kimsəsiz uşaqları oxutmaq olar, əgər dini təyinatı varsa. Atası-anası olmayan uşaqlar var ki, onların oxumaq imkanı yoxdur. Bu vəsait onların təhsilinə ayrılsın”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun sözlərinə görə bizdə mollaların mənfi obrazı formalaşıb. V.Məmmədov artıq Azərbaycanda neomollaların da meydana çıxdığını deyib: “Baxırsan hətta qalstuklu molladır, hətta döş cibinə dəsmal qoyub. Bunlar elmdən, təkamül təlimindən danışırlar. Kvant fizikasını gətirib elmə bağlamağa çalışırlar. Və heç birini də bilmirlər. Amma elmi dinə qatmaqla, din vasitəsilə elmi təkzib etməklə cəmiyyətdə çox təhlükəli xətt yaradırlar. Və bu zümrə. Yəni yeni islamçılar, neomollalar ənənəvi mollanın adı bozbaş mollası qoydu”

“İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT