İslam bəd nəzəri qəbul edir? 40 yaşı qeyd etmək bədbəxtlik gətirir?
12:02 – 04 May, 2018

Göz muncuğu nə zaman haramdır?

İslamda bəd nəzərdən qorumağın hansı yolları var?

Bayquş ulaması,  axşam dırnaq kəsmək bədbəxtlik gətirirmi?

İslamın ulduz falına münasibəti.

Bürclərin, 13 rəqəminin insana təsiri varmı?

Günah olan  toy adətlərimiz...

 

“Məntiqi və dində əsası olmayan bütün inanclar batildir. Buna xurafat və möhvumat da deyə bilərik. Çox ciddi mövzudur. Çünki bəzi inanclar nəinki günaha səbəb olar,  hətta müsəlmanı dindən də çıxara bilər”.

 

Bunu ilahiyyatçı Rövşən Məmmədov “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, bizim toplumda insanların etiqad etdiyi bir sıra batil inanclar var: “ Buna misal olaraq göz muncuğunu qeyd edə bilərik. Əgər müsəlman bir muncuğun onu qoruyacağına inanırsa, bu şirk sayılır. Yəni Allaha şərik qoşmuş olur. İslama görə tək qoruyan uca Yaradandır və heç bir daş parçasının qoruyucu gücü yoxdur. Dinimiz bəd nəzərin varlığını qəbul edir, haqq sayır. Bu inkarolunmaz məsələdir. Amma bəd nəzərdən qorunmağın yolları muncuq, tikan, dağdağan kimi vasitələr deyil”.

 

İlahiyyatçı qeyd edib ki, bəd nəzərdən bir neçə üsulla qorunmaq olar: “ Əgər kimsə bir gözəlliyə baxırsa, mütləq “maşallah” deməlidir. Bu insana zərər verə biləcək mənfi enerjinin qarşısını alır. Birinə bəd nəzər dəyibsə, onu ruqiyyə, yəni dualarla müalicə etmək olar. Bunun üçün dəstəmaz alınmalı, həmin dəstəmazın suyu ilə bəzər tutmuş insan yuyunmalıdır. Unutmayaq ki, hətta valideynin də öz övladına gözü dəyə bilər”.

 

R.Məmmədov digər batil inanclarla bağlı da sualları cavablandırıb: “ Axşam dırnaq kəsmək, qapıdan nal asmaq, tək-cür səbir, gəlinin başından qənd tökmək, toy günü boşqab sındırmaq, 40 günü çıxanadək körpəni üzə çıxarmamaq da  batil inanclardandır.  Bunların islamla heç bir əlaqəsi yoxdur. Amma peyğəmbərimiz  buyurur ki, kəsilən saç və dırnaqlarınızı torpağa basdırın ki, cinlər bundan istifadə edib, sizə zərər verməsin. Eləcə də rəqəmlərin insan həyatına təsirindən söhbət gedə bilməz. 13 rəqəmi ilə bağlı inanclar sırf xristianlıqla bağlı düşüncələrdir, islama aidiyyatı yoxdur”.

X

XƏBƏRLƏR
BÖYÜT