"Fuad Poladovun kimdənsə inciməsi dəhşətli hal idi"
12:47 – 07 May, 2018

Bir neçə gün bundan əvvəl unudulmaz sənətkar Fuad Poladov dünyasını dəyişdi.  Azərbaycan mediasi, jurnalistikası bu itkiyə necə yanaşdı. Mənəvi prinsiplər hansı səviyyədə qorundu? Ümumiyyətlə mənəvi prinsiplərin kateqoriyası necə ölçülür? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə olunub.

 

Aktyor Kamran Yunis hesab edir ki, bir sənətkarın ailəsinin onun özü kimi düşünməsi xoşbəxtlikdir: "Son hadisələr Fuad müəllimin necə ailə başçısı olduğunu bir daha sübut etdi". K.Yunis Fuad Poladovun Akademik Milli Dram teatrı ilə münasibətlərinə də toxunub: "Fuad müəllim böyük sənətkardır, amma o Akademik Milli Dram teatrından küsüb getmişdi. Fuad müəllimin kimdənsə küsməsi isə dəhşətli bir şeydir".

 

Jurnalist-tədqiqatçı Anar Rəsulovun sözlərinə görə bu gün Azərbaycanda qeydiyyatdan keçmiş, xəbərçiliklə məşğul olan 1000-dən artıq sayt var: "Fuad Poladov rəhmətə gedəndən sonra bir neçə sayt, bir neçə sosial platforma xaricində onun yaradıcılığından, filmlərindən, oynadığı rollardan yada salmalar, xatırlatmalar yox idi. Əsas məsələ nəyin üstündə qurulmuşdu, filankəs bundan incidi, filankəs belə dedi. Və yaxud kimsə Fuad Poladovu qatı müxalifət etdi". 

 

Yazar Aysel Əlizadə Xalq artisti Rasim Balayevin televiziyalarla bağlı son təndiqi fikirlərinə münasibət bildirib: "Mən Rasim Balayevi Azərbaycanın ən yaxşı aktyoru hesab edirəm. Ancaq Rasim Balayev heç vaxt Azərbaycanda hər hansı problemə münasibət bildirməyib. İndi bildirəndə biz onu qəhrəmana çeviririk, üsyankara çeviririk".    

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT