Heydər Əliyev-95
15:14 – 10 May, 2018

Mayın 10-u Azərbaycan Xalqının Ümumilli lideri Heydər Əliyevin anadan olmasından 95 il ötür. APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışı Ümumilli liderin həyat və fəaliyyətinə həsr olunub.

Filologiya elmləri namizədi Alqış Həsənoğlu deyib ki, Heydər Əliyev müstəqil Azərbaycanın təməlini hələ Sovet vaxtından qoymuşdu: “Heydər Əliyev dünya Azərbaycanlıları haqqında nəhəng düşünən adam idi. Heydər Əliyev ona rəğbət bəsləyən adamları qorumağı bacarırdı. Heydər Əliyev heç vaxt özünə yaraşdırmazdı ki, onun tərəfdarlarını, onu müdafiə edənləri kimsə incitsin”.   

525-ci qəzetin baş redaktoru Rəşad Məcid Ümumilli liderin mətbuata qayğısı, jurnalistlərə olan diqqətindən danışıb: “O medianın, sözün gücünü yaxşı bilirdi. Heydər Əliyev ictimai rəyin idarə etməsinin ustası idi”.  

“İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT