Çin İrana yeni dəmir yolu xəttini işə saldı - TRAMPA SƏRT CAVAB
10:50 – 12 May, 2018

Çin İranla ticarət dövriyyəsinin həcmini artırmaq üçün yeni dəmir yolu xətti inşa edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, ABŞ prezidenti Donald Trampın İranla imzalanan nüvə razılaşmasından çıxmasından sonra Çin hökuməti İranla ticarət həcmini artırmaq barədə qərar verib.

 

Çinin Özerk əyalətinin Bayan Nur şəhərindən başlanan dəmir yolu xətti ilə artıq ilkin daşınmalar həyata keçirilir. Bu xətt vasitəsilə Çin öz mallarını İrana 15 gün ərzində çatdıra biləcək.

 

Bundan öncə Çin istehsal etdiyi məhsulları İrana dəniz və hava yolu ilə çatdırırdı.

 

Qeyd edək ki, rəsmi Pekin D.Trampın nüvə razılaşmasından çəkilməsini kəskin tənqid etmiş və bunu yanlış addım kimi qiymətləndirmişdi.

X

XƏBƏRLƏR
BÖYÜT