"Ərdoğana dedim ki, imkan ver, 5 il də mən bu ölkəni idarə edim" - İNCƏ AÇIQLADI
15:54 – 12 May, 2018

Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Muharrem İncə hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşündən maraqlı bir detal açıqlayıb.

 

APA TV-nin məlumatına görə, M.İncə görüş zamanı R.T.Ərdoğana hakimiyyətdə olduğu müddətlə bağlı irad tutduğunu bildirib:

 

"Ona dedim ki, 16 ildir hakimiyyətdəsən, imkan ver, 5 il də mən bu ölkəni idarə edim. İnan ki, bu, ölkəmiz üçün çox daha faydalı olar".

 

Namizəd Türkiyə prezidentinin buna etiraz etdiyini  və ona dövlət başçısı kimi 3 il 5 ay hakimiyyətdə olduğunu xatırladıb.

 

"Dedi ki, prezident kimi 3,5 ildir hakimiyyətdəyəm. Mən də ondan soruşdum ki, bəs baş nazir olduğun müddəti unutmusanmı?" - Muharrem İncə belə deyib.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT