Ərdoğan: "Seçkilərdə uduzsam..."
12:00 – 14 May, 2018

"Seçkilərdə uduzsaq, Qərb də, BBC də rahat olsun!"

 

APA TV-nin məlumatına görə, bu fikri İngiltərəyə səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BBC-yə müsahibəsində deyib.

Ədalət və İnkişaf Partiyasının (AKP) və özünün seçkiləri uduzma ehtimalı ilə bağlı suala Ərdoğan "Bu sualı niyə soruşdunuz? Yaxşı, qazana bilməsək, qazananlar çalıb-oynayacaq. Qərb də, siz də rahat olun, BBC də çox rahat olsun!" cavabını verib.

 

Ərdoğan deyib ki, ölkəsində seçkilərin nəticəsini sandıq müəyyənləşdirir: "Fərqli ölkələrdən dəvət olunan nümayəndələr seçkidə nəzarət edir. Biz təkrar seçkiləri udsaq bizə hörmət edəcəklər. Qazanmasaq, biz qazanana hörmət edəcəyik".

 

Türkiyə prezidenti seçkiləri qazanmaq üçün bütün komandası ilə, var gücləri ilə mübarizə aparacaqlarını deyib.

X

XƏBƏRLƏR
BÖYÜT