Əməkdarla "Azərbaycan bayrağı" ordeni sahibinin fərqi- MÜZAKİRƏ
15:16 – 14 May, 2018

Ölkəmizdə "Azərbaycanın Milli Qəhrəmanı" Fəxri adından sonra ən dəyərli titullardan biri "Azərbaycan bayrağı" ordenidir. Bu ordenin sahibləri hansı statusa malikdir? Onlara dövlətdən dotasiya alırlarmı? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu və digər məsələlər müzakirə olunub.

 

Hərbi ekspert Üzeyir Cəfərov deyib ki,  Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər qəhrəmanlar olacaq: "Azərbaycan bayrağı" ordeni elə də çox adamda yoxdur". 

 

Ehtiyatda olan mayor Arif Məmmədov "Azərbaycan bayrağı" ordeninin yaranmasının səbəblərini danışıb: "O bayrağın üstündə şəhid qanı var. Onu kimə verirlər? Sıravi əsgərdən polkovnikə, generala kimi. Mən Azərbaycan bayrağı ordenini ordenlərin şahı adlandırıram".

 

Qarabağ qazisi Rey Kərimoğlu hesab edir ki,  "Azərbaycan bayrağı ordeninə malik olan şəxslərə dövlət tərəfindən vəsait verilməlidir: "Bu Azərbaycan bayrağının adı ilə bağlıdır. Mən demirəm nə qədər verilsin, amma heç olmazsa yarısı qədər bunlara verilməlidir. Azərbaycan Respublikası Prezidentinin seçkilərdən sonra ilk sərəncamı şəhidlərin qan pulunun verilməsi ilə bağlı oldu".   

 

Ehtiyatda olan baş çavuş Filman Bədəlov da mövzu ilə bağlı fikirlərini bildirib.

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT