Qüdsdə azan qadağan edildi
10:15 – 15 May, 2018

İsrail Qüdsdə azanı qadağan edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ səfirliyinin açılış mərasimindən sonra bu barədə qərar verilib.

Qüds bələdiyyəsi bu qərarı şəhərdə keçiriləcək tədbirlərin çoxluğu səbəbi ilə əlaqələndirib.

 

Sözügedən məsələ şəhərin müsəlman əhalisinin kəskin etirazına səbəb olsa da, bələdiyyə geri addım atmayıb.

 

Qeyd edək ki, İsrail hökuməti Qüdsün yəhudiləşdirilməsi məqsədilə 560 milyon dollarlıq fond yaradıb.

X

XƏBƏRLƏR
BÖYÜT