Azərbaycanda Ramazan ayı mayın 17-də başlayır - FƏTVA
16:07 – 15 May, 2018

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayı münasibətilə fətva verib. 

APA TV-nin məlumatına görə, fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən, Miladi tarixlə may ayının 17-nə təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.

 

Hər il olduğu kimi, bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazan ayının başlanğıcı, namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.

 

Qazılar Şurası və Elmi-Dini Şura bildirir ki, digər mənbələrdən əldə edilən, təxribat və təfriqə xarakteri daşıyan, habelə məzhəb və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərin dindarlar tərəfindən istifadəsi yolverilməzdir, din xadimləri belə halların qarşını almağa məsuldurlar.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə orucluq vaxtı iftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlara xəbərdarlıq edib. Şeyxülislam bildirib ki, iftardan əvvəl imkan şəxslərin orucluğu saymayaraq, guya ehsan verirmiş kimi məclis təşkil etməsi, xüsusən də bizim mollaların ora qatılması Allaha qarşı çıxmaqdır. O qeyd edib ki, belə hal aşkarlanarsa, həmin din xadimləri cəzalandırılacaq.

 

"Orucluq vaxtı bir insanın qarşısında süfrə açılırsa, din xadimi bunu ehsan kimi qəbul edirsə, fətva verirsə, camaata təbliğ edirsə, bu, qəbul olunmazdır. İki ildir bu məsələ qalxıb, iki il içərisində xeyli məsələlər düzəlib. Bəzi din xadimlərimiz həmin yerlərdən çıxıb gediblər dayanmayıblar. Baxmayaraq ki, bəzi adamlar, mən filankəsəm deyərək,  öz vəzifəsindən, statusundan istifadə edərək onları məclisdə əyləşdirmək istəyir. Amma nə vəzifəsi olursa-olsun, həmin adam  Allahdan böyük deyil ki?"

X

XƏBƏRLƏR
BÖYÜT