QMİ sədri: "Onlara ilahiyyatçı adını kim verib?"
16:23 – 15 May, 2018

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan televiziyalarında bəzi verilişlərə iradını bildirib. QMİ sədrinin əsas iradı ilahiyyatçı adı altında efirə çıxarılan şəxslərədir.

 

"Verilişlərə ilahiyyatçı və ya ilahiyyatçı alim kimi təqdim olunan şəxslər çağırılır. Ona bu adı kim verib? Qafqaz Müsəlmanları İdarəsində qeydə alınıbmı? İlahiyyatçı adı altında çıxış edir, ağzına gələni danışır, cəmiyyəti çaşdırır. Belə adamlar din üçün təhqirdir, bizim üçün təhqirdir".

 

Şeyx televiziyalarda şou-proqramlara ilahiyyatçıların cəlb edilməsinin doğru olmadığını deyib.

 

"Hər şey dini dəyərlərimizə, şəriətə uyğun olmalıdır. Mən demirəm ki televiziyada çıxış etməsinlər. Adını şou-proqram qoyub, baxılmayacaq şeylər göstərirlər. Hətta ilahiyyatçı adı altında kimisə dəvət də edirlər. Belə yerdə ilahiyyatçının nə işi var? Ora dini təbliğ yeridir? Belə şeylər olanda durub həmin verilişi tərk etmək lazımdır".

 

QMİ sədri din xadimlərinin şou-proqramlara qatılmasına qarşı çıxıb.

X

XƏBƏRLƏR
BÖYÜT