Astara sakini Lerikdə tutuldu - KÜLLİ MİQDARDA TİRYƏKLƏ
17:00 – 15 May, 2018

Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.


APA TV-nin Cənub bürosunun məlumatına görə, əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Piran kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini Ələmdar Rəhimov saxlanılıb: "Onun üzərinə şəxsi baxış keçirilərkən əlindəki sellofan torbanın içərisindən 1 kiloqram 310 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb".

Ələmdar Rəhimov üzərindəki narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini etiraf edib. Faktla bağlı Lerik Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT