Allahşükür Paşazadə: "Azərbaycanda saxta mollalar var"
17:02 – 15 May, 2018

Azərbaycanda saxta mollalar fəaliyyət göstərir. APA TV-nin məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, idarədə qeydiyyata alınmayan, icazəsi olmayan insanlar molla paltarı geyinib fətva verirlər:

 

"Onlar yalançı mollalardır onlar üçün fərqi yoxdur, qanun var, ya yox. Bizim mollalarımız məclisdən durur və həmin mollalar onu əvəz edirlər. Faktiki olaraq bu, qanun pozuntusudur. Mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də xahiş edərdim ki, bu işdə bizə kömək etsin".

 

QMİ sədri ölkədə kolbasa məhsullarının halal adı altında satılmasından da narahatlığını bildirib:

 

"Hər yerdə görürsən ki, kolbasaları halal məhsul kimi təbliğ edirlər. Əgər halaldırsa, mən bunun əleyhinə deyiləm. Biz komissiya yaratmışıq ki, gedib  yerində baxsınlar. Qabaqdan orucluq gəlir, bu insanlar oruc tutacaqlar. Ehtiyatlı olmaq lazımdır. Halal sözü dini mərkəzin etiketi altında ola bilər.  O sözü istifadə edib hər tərəfə yapışdırırlar. Biz dindarları, din xadimlərini, namaz qılanları yoldan çıxarırlar. Biz bunu bilirik, amma demirik, deməliyik. Biz demirik, satmasınlar. Satırsan üstünə halal yazma, kim istəyir alsın, kim istəyir almasın. Baxmaq lazımdır ki, o halal sertifikatını kim təsdiq edib".

X

XƏBƏRLƏR
BÖYÜT