Hacı Allahşükür Paşazadə: "Qüdsdə 20 yanvar hadisələri təkrarlanır"
17:06 – 15 May, 2018

"Qüds Fələstinin paytaxtıdır və başqa dövlətin bu şəhərə müdaxiləsi ciddi fəlakətə yol açacaq". APA TV-nin məlumatına görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

 

Fələstində baş verən hadisələrə münasibət bildirən QMİ sədri bildirib ki, Fələstində baş verən toqquşmalar zamanı artıq 59 nəfər həlak olub:

 

"Artıq belə hallar baş verir. Toqquşmalarda 59 müsəlman həlak olub, 2 minə yaxın insan yaralanıb. 1990-cı ilin yanvarında biz bu təcavüzü yaşamışıq. İndi bu hadisələr orada təkrar olunur. Ermənilərin bizə təcavüzü də bunun eynisidir. Qüdsdə bu gün baş verənlərin səbəbi müsəlman dövlətləri arasında birliyin olmamasıdır".

 

QMİ sədri bildirib ki, bəzi dövlətlər islam ölkələri arasında birliyin olmamasından məharətlə istifadə edirlər.

X

XƏBƏRLƏR
BÖYÜT