Rusiya Krımı Krasnodara "birləşdirdi"
17:21 – 15 May, 2018

Krasnodarla Krımı birləşdirən qovşağın avtomobil yolu açılıb.

 

APA TV-nin məlumatına görə,  Vladimir Putin "KamAz"ın sükanı arxasına keçərək, Krasnodarın Taman kəndindən Krıma yola düşüb.

 

Prezidentin idarə etdiyi maşını tikinti materialları yüklənmiş digər maşınlar müşayiət edib.

 

Putin bildirib ki, bir ildən sonra 19 kilometr uzunluğundakı qovşağın dəmir yolu hissəsinin də açılışı olacaq.

 

Sözü gedən yolun mayın 16-dan etibarən tam həcmdə istifadəyə verilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, körpünün tikintisinə ümumilikdə 6,9 milyard rubl vəsait sərf olunub.

X

XƏBƏRLƏR
BÖYÜT