Bakıda Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin konqresi keçirilir
17:29 – 15 May, 2018

Bakıda Dövlət Sərhəd Xidmətinin təşki­latçılığı ilə Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin 30-cu yubiley görüşünün və 1-ci Konqresinin açılış mərasimi keçirilib. Dövlət Sərhəd Xidmətindən APA TV-yə verilən məlumata görə, konqres iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftal­moloq allim, akade­mik Zərifə xanım Əliyevanın əziz xatirələrini hörmətlə yad edib, Şə­hidlər Xiya­banında Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların mə­zarlarını ziyarət ediblər.

 

Tədbirin açılış mərasimində çıxış edən Preziden­tin hüquq-müha­fizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələs­gərov dövlət başçısının salamlarını konqres iştirak­çılarına çatdırıb, ərazi­mizin 20 faizinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olun­ması barədə məlu­mat verib, hazırda Ermənistanın danışıqlarda qeyri-konstruktiv möv­qe göstərməsi və torpaqlarımızı hələ də işğal altında saxlaması sə­bə­bindən sülhə nail olmağın mümkün olmamasını qeyd edib.

 

Dövlət Sərhəd Xid­mə­tinin rəisi ge­ne­ral-polkovnik Elçin Qu­liyev Azər­bay­can üçün hərbi cər­ra­hiy­­­yənin inkişa­fı­nın əhə­miyyətini xü­susi vurğulayıb və bu istiqamətdə qar­şılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Daha sonra Amerika Birləşmiş Ştatlarının Milli Hərbi-Tibbi Mərkə­zinin cərrahiyyə departamentinin professoru Mark Bouer, Ümum­dünya Cərrahiyyə Cəmiyyətinin Baş Katibi professor Kenneth Boffard, DSX Hərbi Hospitalının rəisi, Ambru­az Pare adına Beynəlxalq Hərbi Cərrah­lar Fo­rumu­nun Prezidenti tibb xidməti polkovnik-leytenantı Kənan Yu­sif­­zadə çıxış ediblər.

 

21 ölkədən 156 iştirakçının qatıldığı beynəlxalq tədbir 4 gün davam edəcək.

X

XƏBƏRLƏR
BÖYÜT