Bizdə ailələrin 80-90%-i düzgün qurulmur! -EKSPERT
18:19 – 15 May, 2018

Bu gün may 15–i Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb. Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Bəs müasir ailə modeli necə olmalıdır? Ailə necə qorunmalıdır? Müasir ailədə mənəvi dəyərlərin qorunması üçün nələrə diqqət etməliyik? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu və digər suallara aydınlıq gətirilib.

 

Psixoloq Aygün Cəfərova hesab edir ki, Azərbaycan da ailələrin 80-90%-i düzgün qurulmur: "Düzgün seçim etmirlər, dəyərlərə hörmət etmirlər. Düzgün seçim etmək üçün insan ilk növbədə özünü tanımalıdır. Əgər insan kiminsə təsiri altında ailə qurursa, deməli özünü tanımır". Psixoloq hesab edir ki, ailə qurmaq xətrinə qurulan ailələr möhkəm olmur. Onun sözlərinə görə ailədə bütün problemləri bir-birinə qarşılıqlı hörmət çərçivəsində həll etmək mümkündür.

 

Valideynlərin ailəyə təsirindən danışan Aygün Cəfərova deyib ki, psixoloqdan fərqli olaraq valideynlər məsələyə daha çox şəxsi maraqlardan yanaşırlar: "Ortaq yol tapılmırsa, artıq o biri tərəfin dəyərləri ayaqlanmış olur".  Psixoloq deyib ki, sovet dövründəki ailələrdən fərqli olaraq, bugünkü ailələrdə tərəflərin söz söyləmək imkanları var.

 

Psixoloq ailədəki aqressiya hallarından da danışıb. O deyib ki, ailədə istənilən zorakılıq və aqressiyanın ilk növbədə kökünü axtarmaq lazımdır. 

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT