Salyan sakini 3 kq-dan çox narkotiklə ələ keçdi - İSTİFADƏ EDƏCƏKDİ
04:58 – 16 May, 2018

Salyan sakinindən 3 kiloqramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elbrus Tağıyev saxlanılıb. Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu aşkar edilərək götürülb.

Polis sonradan E.Tağıyevin yaşadığı evə də baxış keçirib və oradan külli miqdarda narkotik vasitə aşkarlayıb. Aşkar olunmuş narkotik vasitələr maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. İlkin ifadəsində o, bu narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT