Tovuzda qadını ilan sancdı - ƏKİN SAHƏSİNDƏ
05:00 – 16 May, 2018

Tovuzda qadını ilan sancıb. APA TV-nin qərb bürosunun məlumatına görə, Qovlar sakini, 1989-cu il təvəllüdlü Qasımova Esmira Novruz qızı sol ayağının ilan sancması diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib.

Ona təcili tibbi yardım göstərilib, vəziyyətinin hazırda orta ağır olduğu bildirilir.

Bildirilir ki, qadın əkin sahəsində işləyən zaman ilan onu sancıb.

Qeyd edək ki, bu, son bir ay ərzində Tovuzda üçüncü ilan sancması faktıdır.

X

XƏBƏRLƏR
BÖYÜT