Cənubi Koreyanın ABŞ-la təlimləri Şimali Koreyanı qıcıqlandırdı - GÖRÜŞ LƏĞV OLUNDU
07:01 – 16 May, 2018

Şimali Koreya (KXDR) Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli görüşdən imtina edib. APA TV-nin “Renhap”a istinadən verdiyi xəbərə görə, buna səbəb ABŞ-ın Cənubi Koreya ilə keçirdiyi birgə hərbi təlimlər olub.

Bildirilir ki, iki ölkə arasındakı sərhəddə keçirilməsi planlaşdırılmış görüşün təşəbbüskarı da elə KXDR olmuşdu. Danışıqlarda “Qırmızı Xaç” xətti ilə dialoqun bərpası məsələlərinin müzakirə olunacağı gözlənilirdi.

Pxenyan həmçinin rəsmi Vaşinqtonu ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib.

Qeyd edək ki, ABŞ-ın  “Max Thunder” təlimləri Cənubi  Koreyada aprelin 15-dən keçirilir.  Təlimlərdə 2000-dək ABŞ və Cənubi Koreya  hərbçiləri iştirak edir.

X

XƏBƏRLƏR
BÖYÜT