Ərdoğan islam dünyası liderlərini İstanbula toplayacaq - ABŞ VƏ İSRAİLƏ QARŞI BLOK
10:28 – 16 May, 2018

"Tarix ABŞ və İsraili bağışlamayacaq və dünya bunun şahidi olacaq".  


APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə prezident Rəcəb Tayyip Ərdoğan Qəzzada onlarla fələstinlinin ölümü ilə nəticələnən toqquşmaları şərh edərkən bildirib: "Tarix ABŞ və İsraili bağışlamayacaq, biz bunun şahidi olacağıq. BMT qətnamələri beynəlxalq sazişlərlə təmin olunmuş Qüdsün statusunun dəyişməsinə yönələn istənilən addımları qadağa edir".

 

Onun sözlərinə görə, Fələstindəki vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda Türkiyənin təşəbbüsü ilə keçiriləcək fövqəladə sammiti bütün dünya üçün çox ciddi siqnal olacaq.

Türkiyə prezidenti Fələstində zorakılığa son qoymaq üçün beynəlxalq ictimaiyyəti və BMT-ni təcili tədbirlər görməyə çağırıb.

X

XƏBƏRLƏR
BÖYÜT